Fevralda 2195 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

2022.03.03 10:56 (UTC+04:00)

Cari ilin fevral ayında 2195 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onların 58,1 faizini kişilər, 41,9 faizini isə qadınlar təşkil edib.