Martın 2-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (MB) 50100996S dövlət qeydiyyat nömrəli, 240 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,728,632,900 manat olub. MB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 240 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar martın 30-da ödəniləcək.