Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2022.03.01 18:07 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AMB-dən bildirilib ki, martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7158 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 85,3 milyon dollar çoxdur.