Ötən il istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının qorunması sahələri üzrə 5177 müraciətə baxılıb

2022.03.01 17:28 (UTC+04:00)

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında bildirib. O qeyd edib ki, bu, 2020-ci iilə müqayisədə 39,6% artım deməkdir: “Nəticədə istehlakçılara 350 min manatadək vəsait qaytarılıb, 43 min manatdan artıq dəymiş ziyan ödənilib”.