“İşsizlikdən sığorta haqqında” Qanun işdən azad olunan işçilərə kompensasiya ödənilməsi məqsədini daşıyır.
Sığorta haqqı sığorta olunan (işçilər) və sığortaedən (işəgötürən) tərəfindən birlikdə sığortaçıya (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) ödənilən məbləğdir. Məbləğin tarifi işçinin aylıq əməkhaqqının 0,5 faizi işçi və 0,5 faizi işəgötürən tərəfindən olmaqla, ümumilikdə 1 faiz təşkil edir. Bu sığorta növündə sığorta tarifi bütün işçilər üçün eyni hesablanır.
İlk öncə qeyd edək ki, bu sığortadan “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsinə və “Məşğulluq haqqında” Qanunun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınan şəxslər yararlana bilirlər.
№ |
İşsizlikdən sığorta haqqında qanunun 13.1-ci maddəsi üzrə əmək müqaviləsi aşağıdakı hallarda ləğv edilən şəxslər: |
Məşğulluq haqqında qanunun 5-ci maddəsi üzrə: |
|
Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən |
İşaxtaran və işsiz şəxslər elektron ərizəni doldurmaqla müvafiq qaydada qeydiyyata alınmalı (Nazirlər Kabinetinin 25 iyul 2019-cu il tarixli, 327 saylı qərarı ilə təsdiqlənmiş İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydasına əsasən, qeydiyyat Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində aparılır) |
|
İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən |
Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. |
|
Əmək müqaviləsinin müddəti bitdikdə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən |
|
Bu sığorta üzrə ödənilən ödənişlər üç yerə bölünür:
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildiyi hallar üzrə işdən çıxanların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində, əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı isə minimum sığorta ödənişi edilir. Sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən, az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə - inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.
Burada “az miqdar” dedikdə, əlli min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
İnzibati Xətalar Məcəlləsinin 477-1 -ci maddəsinə əsasən, sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına; Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verməməsinə; sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etməməsinə; sığorta haqqının hesablanmasını və uçotunu aparmamasına, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanına hesabat verməməsinə; habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.
Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” Qanun ilə müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə edilir.