Ötən ay “Azexport.az” portalına 45,2 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub

2022.02.28 15:52 (UTC+04:00)

Yanvarda “Azexport.az” portalına 45,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayında bildirilir ki, yanvar ayında “Azexport.az” portalına ən çox ixrac sifarişi toyuq əti, toyuq yumurtası, şərab, xurma, pomidor, pambıq yağı, kərə yağı, tikinti materialları, tütün, mühərrik yağı, pambıq lifi və sair mallara aiddir.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci il yanvarın 31-nə kimi (61 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,8 milyard ABŞ dolları təşkil edib.