Vergi ödəyicilərinin məlumat almaq imkanları genişləndirilir

2019.04.11 14:35 (UTC+04:00)

"vergiler.az" saytında "Ekspert baxışı" adlı yeni rubrikada videoşərhlərin yayımına başlanılır. Burada vergi qanunvericiliyi, mühasibat uçotu, sosial sığorta haqlarının hesablanması və ödənişi, bəyannamələrin hazırlanması və təqdim olunması qaydaları və s. kimi aktual məsələlər təqdim olunacaq. Əsasən vergi ödəyicilərinin maarifləndirilməsinə yönəldilmiş videoşərhlərdə tanınmış ekspertlərin müvafiq mövzular üzrə tövsiyə, rəy və fikirləri yer alacaq.

"Ekspert baxışı" vergi ödəyicilərini maraqlandıran suallara cavab tapmaq, vergi və mühasibat məsələlərinə dair nümunələr əsasında praktiki məlumatlar əldə etmək üçün onlara kömək edəcək.