22-26 fevral tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində beynəlxalq sərgi keçirilib.
Məkkə Ticarət Palatasının təşkilatçılığı ilə keçirilmiş sərgidə 20-dən çox ölkənin, o cümlədən Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunub.
Sərgidə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə 8 sahibkarlıq subyektinin zəfəran və bal məhsulları, qurudulmuş meyvə, mürəbbə, kompot, çay, müxtəlif souslar, lavanda, kəlağayı və s. məhsulları təqdim edilib.
Həmçinin sərgidə KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.