Rəqəmsallaşma bazar rəqabətini artırıb

2022.03.01 10:05 (UTC+04:00)

“Rəqəmsallaşmanın bazar rəqabətinə müsbət təsiri gözəçarpacaq dərəcədədir və artmaqdadır”.

Bu sözləri “Ernst & Young” şirkətinin partnyoru Arzu Hacıyeva “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilmiş Forumdakı çıxışında deyib. Onun sözlərinə görə, xərc və gəlirləri barədə mühasibatı dürüst aparan biznes subyektləri artıq dövlət büdcəsinə ödənilməli olan vəsaiti gizlətməklə bazarda haqsız üstünlük əldə edə bilmirlər. Bununla da bazarda rəqabət xeyli artır.