"KOB dostu" şəbəkəsi qurulur

2019.04.11 15:37 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 10 iqtisadi rayon üzrə 60 "KOB Dostu" şəbəkəsinin yaradılmasını planlaşdırır. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilmiş "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda 3-cü regional forumda müxtəlif rayonların icra hakimiyyəti başçıları, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Qeyd edək ki, hazırda DOST Agentliyinin ölkənin 11 rayonunda "KOB dostları" fəaliyyət göstərir. Bu şəbəkə ilə yanaşı, agentlik sahibkarlara xidmətləri vahid məkanda təqdim edəcək "KOB evi" də yaradacaq. Hazırda ilk "KOB evi"nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. "KOB evləri"nin və agentliyin digər dəstək mexanizmlərinin işə düşməsi ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndiriləcəkdir.