Rəqəmsallaşmanın tətbiqi ƏDV sahəsində müsbət yeniliklərə səbəb olub

2022.02.28 14:29 (UTC+04:00)

Rəqəmsallaşmanın tətbiqi, xüsusilə ƏDV sahəsində müsbət yeniliklərə şərait yaratmışdır. “Ernst & Young” şirkətinin partnyoru Arzu Hacıyeva diqqəti bu yeniliklərin arasında ƏDV ödənişlərinin şəffafllaşmasına, əməliyyatların qaimə-faktura əsasında aparılmasına, 2020-ci ildən etibarən ƏDV-nın ödəniş əsasında tanınma metoduna keçirilməsinə yönəldib.

Onun sözlərinə görə, qeyd edilən yeniliklərin nəticəsi olaraq ƏDV üzrə hesabatlılıq və verginin hesablanması xeyli asanlaşmışdır. Bu, həmçinin vergi ödəyicilərinin pul dövriyyəsinə də müsbət təsir göstərmişdir: “Bu proqressiv yeniliklərin davamı olaraq, ƏDV depozit hesabında toplanan vəsaitin vergi ödəyiciləri tərəfindən daha çevik formada istifadə edilə bilməsi üçün qanunvericilikdə müvafiq dəyişiklər edilməsinin nəzərdən keçirilməsini təklif edirik. Nümunə kimi vergi ödəyicilərinin ƏDV depozit hesabındakı vəsaitinlərin hesablaşmalar zamanı istifadəsi üçün imkan yaradılmasını qeyd etmək olar”.