Sənədlərin elektronlaşdırılması uçotun kağız daşıyıcılarında aparılmasını minimuma endirməklə yanaşı, sənədləşdirməni də asanlaşdırıb.
Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev qeyd edib ki, hətta elektron sənədlərdə düzəlişlər, ləğv, geri qaytarma, komisyon kimi halların həyata keçirilməsinin mümkünlüyü bərpa olunub.
Təsərrüfat əməliyyatlarının böyük əksəriyyətinin elektron sənədlərlə - elektron qaimə-fakturalarla rəsmiləşdirildiyinə diqqət yönəldən M.Babayev vurğulayıb ki, sənədlərin elektronlaşdırılması və elektron sənəd bazalarının yaradılması ilə üçüncü tərəflərin, yəni yoxlayıcı və nəzarətedici orqanların da sənədlərə nəzarət etməsi,həmçinin vergi ödəyicilərinə üçüncü və hətta belə demək mümkünsə, digər dördüncü tərəflərin məlumatlarından istifadə etmək imkanlarının yaradılması uçota olan məsuliyyəti daha da artırır.