Rəqəmsal transformasiya nəticəsində vergi oranlarının bir sıra yerli və xarici qurumlar ilə inteqrasiya olunmuş sistemlər vasitəsilə məlumat mübadiləsini effektiv qaydada həyata keçirdiyini müşahidə edə bilirik. Bu fikri “Ernst & Young” şirkətinin partnyoru Arzu Hacıyeva “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilmiş Forumda səsləndirib.
Onun sözlərinə görə, bununla yanaşı, eyni və oxşar məlumatların vergi ödəyicilərindən təkrarən müxtəlif dövlət orqanları tərəfindən tələb olunması halları hələ də mövcuddur. “Bu məlumatların təqdim olunması həm dövlət qurumları, həm də vergi ödəyiciləri üçün əlavə vaxt və xərclər deməkdir”.
Təklif edilib ki, eyni və oxşar məlumatların vergi ödəyicilərindən vahid formada bir dövlət qurumu tərəfindən tələb olunması və sonradan digər dövlət qurumları ilə mübadiləsi məlumatların toplanılması prosesini təkmilləşdirə bilər.