Alix Perrignon de Troyes: “Yeni texnologiyaların yaratdığı imkanlardan vaz keçməməliyik”

2022.02.25 16:16 (UTC+04:00)

“Son iki il hamı, xüsusən də İOTA ölkələri üçün ən çətin illər oldu. Pandemiyanın çətinlikləri ilə üzləşdiyimiz bir vaxtda Avropa ölkələrinin, eləcə də digər ölkələrin çoxsaylı vergi qurumları vacib, təxirəsalınmaz tədbirlər həyata keçirməklə bu çətinlikləri aradan qaldırmağa çalışdı”.

Bu sözləri Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) icraçı katibi Alix Perrignon de Troyes “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda​ keçirilən Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, postpandemiya dünyası çox fərqli olacaq: “Çünki vergi ödəyicilərinin gözləntiləri artmaqdadır. Müştərilər yeni kanallar, xidmətlər istəyirlər. Suni intellektə əsaslanan texnologiyaların tətbiqi geniş vüsət almaqdadır. Hesab edirəm ki, hər bir böhrana bir fürsət kimi baxmaq lazımdır. Biz heç bir vəchlə yeni texnologiyaların yaratdığı imkanlardan vaz keçməməliyik”.​