Dövlət sektoru ilə maliyyə və biznes qurumları arasında qarşılıqlı əməkdaşlığın yüksək nəticələri nağdsız ödənişlərin həcminin artmasında əhəmiyyətli rol oynayır. Bunu Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
O qeyd edib ki, bu gün nağdsız ödənişlərlə bağlı bir çox layihələr həyata keçirilir: “Bu sırada “ƏDV geri al” layihəsini xüsusi qeyd etmək olar. Bu layihə insanların rahat şəkildə alış-veriş etməsi və bonuslar qazanmasına imkan verir”.
R.Allahverdiyev hazırda Kapital Bank müştərisi olan 1 milyon 500 min istehlakçının “ƏDV geri al”dan yararlandığını, bunun nağdsız dövriyyənin artmasına müsbət təsir etdiyini vurğulayıb.
Bank rəhbəri layihə çərçivəsində müştərilərinə 152 milyon manatdan çox məbləğin geri qaytarıldığını qeyd edib.