Dəyişikliklər hazırlanarkən sahibkarların təklifləri nəzərə alınıb

2022.02.25 13:32 (UTC+04:00)

“Vergi qanunvericiliyində dəyişikliklər həyata keçirilərkən iqtisadiyyatın şaxələnməsinə, biznes subyektləri üçün əlverişli vergi mühitinin yaradılmasına, əhalinin maliyyə-vergi yükün azalmasına, eyni zamanda kölgə iqtisadiyyatı ilə sistemli mübarizəyə xidmət edən dəyişikliklər prioritet olub”.

Bu sözləri “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən Forumda çıxış edən Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov deyib. Onun sözlərinə görə, dəyişikliklər hazırlanarkən ölkə başçısının sosial iqtisadi inkişafa dair müəyyən etdiyi Milli prioritetlər, həmçinin biznes nümayəndələri, biznes asossiyasiyaları ilə keçirilən görüşlər zamanı verilən təkliflər əsas götürülmüşdür. Dəyişikliklər əsasən kənd təsərrüfatı, nəqliyyat, mədən sənayesi, bank sahələrini, habelə sosial məsələləri əhatə etmişdir.