Rəqəmsal iqtisadiyyatın böyüməsi vergi siyasəti üçün yeni çağırışlar yaradır

2022.02.25 13:04 (UTC+04:00)

“Rəqəmsal iqtisadiyyatın yayılması özü ilə xeyli faydalar gətirir, iqtisadi artım, məşğulluq və ümumi olaraq rifahın artımına səbəb olur. Eyni zamanda, rəqəmsal iqtisadiyyatın böyüməsi həm də iqtisadi siyasət, xüsusilə vergi siyasəti üçün bir çox yeni çağırışlar yaradır. Bu çağırışlar həm daxili, həm də beynəlxalq vergi siyasəti üçün yaranır, fərdi məlumatlar və onların qorunması, mühasibatlıq və tənzimləmə məsələlərini əhatə edir”.

Bu fikirləri “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən Forumda çıxış edən millət vəkili Tahir Mirkişili deyib.