Dövlət Vergi Xidməti rəqəmsal transormasiyaya xüsusi önəm verir

2022.02.25 12:24 (UTC+04:00)

Texnologiyaların surətli inkişafı və çeşidliliyi cəmiyyətləri və eyni zamanda onlara xidmət göstərən sahibkarlıq subyektlrinin öz işini daim yenilənməyə məcbur edir. Bu fikri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, Beynəlxalq Məlumat Korporasiyası tərəfindən 2022-ci il üçün rəqəmsal transformasiyanı reallaşdırımağa imkan verən texnologiya və xidmətlərə ediləcək xərclərin 2 trilyon dollara çatacağı proqnoz edilir:

"Araşdırmalara görə, 2035-ci ilədək 13 trilyon dollarlıq dəyər yaradacağı, 22 milyon iş yeri açacağı, qlobal süni intellek bazarının isə 2030-cu ilə qədər 15 trilyon dollara çatacağı gözlənilir. Bu rəqəmlər ölkələri texnoloji yeniliklər yarışına girməyə sövq edir. Hökumətlər qabaqcıl texnoloji layihələrə əlaqəli əqli mülkiyyət əldə etmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Belə investisiyaları və xərcləri olan qlobal dünyada ayaqda qalmaq üçün rəqəmsal transormasiya bir məcburiyyətdir. Çox təqdirəlayiqdir ki, Dövlət Vergi Xidməti də buna xüsusi önəm verir".