İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, proqnozdan artıq yığılan vəsait 689 mln. manat, əvvəlki illə müqayisədə 754,1 mln. manat çox olub. 2021-ci ildə özəl sektordan daxilolmalar 24 faiz, özəl qeyri-neft sektordan daxilolmalar isə 20,3 faiz artıb.
O.Nəzərlinin sözlərinə görə, qeyri-neft ÜDM-in artım templəri ilə müqayisədə qeyri-neft sektorundan vergi daxilolmalarının daha yüksək artım dinamikası sektorda əhəmiyyətli şəffaflaşmanın göstəricisidir, eyni zamanda, vergidən yayınma hallarının azaldılmasında vergi inzibatçılığının keyfiyyətinin artmasına dəlalət edir. Toplanmış vergilərin 74,6 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.