“Ölkədə aparılan rəqəmsal transformasiya siyasətinin tərkib hissəsi kimi vergi inzibatçılığında rəqəmsal texnologiyaların tətbiqi, o cümlədən vergi xidmətinin rəqəmsallaşması sahəsində layihələri təqdirəlayiqdir”.
Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” adlı Forumda səsləndirib. Qeyd olunub ki, son illər vergi sistemində aparılan islahatların başlıca istiqaməti “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılamsı, dövlət-biznes münasibətlərində şəffalığın təmin edilməsidir. Bu istiqamətdə əldə edilən nəticələr iqtisadiyyatın şəffaflıq səviyyəsinin yüksəlməsinə, nəticə etibarilə dövlət büdcəsinin gəlirlərinin də artmasına gətirib çıxarıb: “Bu gün Dövlət Vergi Xidməti təkcə vergi daxilolamlarını təmin etmir. Eyni zamanda sosial və icbari tibbi sığorta yığımlarını həyata keçirir. Ötən il Xidmət tərəfindən yığılan daxilolamalarda əhəmiyyətli artımlar qeydə alınıb. Bu xidmətin keyfiyyət çevikliyinin göstəricisidir. Ölkədə könüllü əməletmə səviyyəsinin artması müsbət nəticədir”.