“Qeyri-neft sektorundan daxilolmaların tədiyyə növləri üzrə təhlili göstərir ki, 2021-ci ildə ƏDV üzrə daxilolmalar 17 faiz, aksizlər 25 faiz, mənfəət vergisi üzrə daxilolmalar 16,3 faiz, mədən vergisi üzrə isə 1,8 dəfə artıb”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib. O əlavə edib ki, sektorun sahələri üzrə vergi daxilolmalarında ən yüksək artım templəri ictimai iaşədə (84,1 faiz), qeyri-neft sənayesində (29,1 faiz), pərakəndə ticarətdə (53,7 faiz), xidmət sektorunda (19,7 faiz) müşahidə olunub.
2021-ci ildə regionlar üzrə daxilolmaların həcmi 956,7 mln. manat təşkil edərək əvvəlki illə müqayisədə 93,3 mln. manat və ya 10,8 faiz çox olub.
O.Nəzərli son illərdə mühüm fiskal nəticələrdən biri olaraq artıq ödəmələrin məbləğinin 755 milyon manat azaldılmasını qeyd edib: “Təkcə ötən il vergi orqanları 80 milyon manat həcmində artıq ödəməni azaltmaqla yanaşı, həm də vergi üzrə proqnozları artıqlaması ilə yerinə yetirib”.