Təşviq əsaslı vergi siyasəti və risk əsaslı nəzarət çərçivəsi biznesin vergi öhdəliklərinin sabit artımına şərait yaradıb

2022.02.25 10:31 (UTC+04:00)

“Vergi xidməti bu gün ölkədə iqtisadi inkişafın təmin edilməsində, sahibkarlığın dəstəklənməsi prosesində fəal iştirakçıdır və ötən 2021-ci il bir daha göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək iqtidarındadır”. Bu sözləri “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Forumda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

O əlavə edib ki, 2021-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, iqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə edilməsi, vergi ödəyicilərinə xidmətlər çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi ölkənin vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edib.