Bu göstəricinin əvvəlki illə müqayisədə 47,2 faiz artdığını deyən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, kənd təsərrüfatı emalı sənayesi məhsulları da daxil olmaqla, ümumilikdə qeyri-neft sənayesi məhsullarının ixracı əvvəlki illə müqayisədə təqribən 70 faiz artıb: “Qeyri-neft ixracının qeyri-neft ÜDM-ə nisbəti 8 faiz təşkil edir”.
M.Cabbarov əlavə edib ki, 2021-ci il üçün ölkə iqtisadiyyatında müsbət tendensiyalar müşahidə olunur ki, bunun da 2022-ci ildə davamlı olması və tədricən bütün sektorlarda bərpa prosesinin yüksək artım templərinə çevrilməsinə çalışmalıyıq.