İqtisadiyyat naziri Mikayıl Cabbarov ÜDM-in artım dinamikasında olan müsbət trendlərdən danışarkən bildirib ki, ötən il ÜDM-in nominal həcmi 93 mlrd. manata çatıb ki, bu da 2019-cu illə müqayisədə 11 mlrd. manata yaxın çoxdur.
Nazir xatırladıb ki, qeyri-neft sektorunda ÜDM-in artım tempi sonuncu dəfə 7 faiz həddinə 2014-cü ildə çatmışdı: “Beləliklə, COVID-19 səbəbindən səngimiş iqtisadi fəallıq nəinki bərpa olunub, əksinə, ÜDM-in həcmi daha da böyüyüb. Bu isə ölkə iqtisadiyyatının orta gəlirli ölkələr qrupunda gəlir pilləsində irəliləməkdə olduğunu göstərir”.