Yanvarda satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 4,5 milyard manat olub

2022.02.24 17:32 (UTC+04:00)

2022-ci ilin yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 4,5 milyard manat olmaqla 2021-ci ilin yanvar ayına nisbətən müqayisəli qiymətlərlə 4,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin ilk ayı ilə müqayisədə 4,8 faiz artaraq 4,3 milyard manata bərabər olub, onun 46,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat ayında bir istehlakçı orta hesabla 443,7 manat və ya 2021-ci ilin yanvar ayına nisbətən nominal ifadədə 62,7 manat çox vəsait xərcləyib.