Ölkədaxili nağdsız əməliyyatların həcmi 2,2 dəfə artıb

2022.02.24 16:21 (UTC+04:00)

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, 2022-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 306 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 920 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 384 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 39,8 faizini təşkil edib.