Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) əvvəlki ilin müvafiq dövrünə nəzərən 18,6 faiz artaraq 23 milyard 113,7 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 2,6 milyon manat artaraq 1 milyard 65,9 milyon manat olub. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır.