Dövriyyədəki ödəniş kartlarının sayı 11 milyon 273 min ədəd təşkil edib

2022.02.24 15:13 (UTC+04:00)

Bank sistemi üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 233 min ədəd artaraq 11 milyon 273 min ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,8 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18,7 faiz, kredit kartları üzrə 28 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 25 min, kredit kartları 309 min, digər kartlar isə 1,5 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.