Ölkədə fəaliyyət göstərən bankların cəmi aktivləri 38 milyard manat olub

2022.02.24 13:07 (UTC+04:00)

Yanvarın 31-nə ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 37 milyard 982,3 milyon manat, cəmi öhdəlikləri 32 milyard 954,3 milyon manat, balans kapitalı 5 milyard 28 milyon manat olub.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, cəmi aktivlərin 44,2 faizi kredit portfelindən ibarətdir.