Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,12 dollar artaraq 100,80 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 10-da 100 dollardan baha (100,23) satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 17-də (100,76) qeydə alınmışdı.