Ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb

2022.02.23 16:01 (UTC+04:00)

Azərbaycanda mövcud olan bank sistemi üzrə 2022-ci ilin yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin dekabrına nisbətən 233 min ədəd artaraq 11 milyon 273 minə çatıb.
Debet kartların sayında 18,7 faiz, kredit kartlarının sayında isə 28 faiz artım olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 25 min, kredit kartlarının sayı 309 min, digər kartların sayı isə 1,5 milyon ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb. 2022-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 306 milyon manat təşkil edib. Nağdsız ödənişlərin 920 milyon manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 384 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 39,8 faizini təşkil edib.