Qazaxıstanda sahibkarlara vergi ödəyicisi pasportu veriləcək

2022.02.23 14:07 (UTC+04:00)

Martın 1-dən Qazaxıstan Respublikasının Vergi Məcəlləsində “vergi ödəyicisi pasportu” anlayışı qüvvəyə minəcək.

Bu pasport sahibkarlıq subyekti üçün dövlət gəlirləri orqanı tərəfindən yaradılan ştrix-kodun (QR-kod) ehtiva etdiyi məlumat toplusundan ibarətdir. Ölkənin Dövlət Gəlirləri Departamentindən verilən açıqlamada bildirilib ki, pasporta daxil edilən məlumatlara vergi sirri səciyyəsi daşıyan göstəricilər daxil deyil. Vergi ödəyicisinin pasportu ictimai iaşə və ticarət sahəsində çalışan sahibkarlar tərəfindən nəzarət-kassa aparatlarının yerləşdirildiyi və ya əhalinin məlumatlandırılması üçün əlçatan yerlərdə saxlanacaq. Pasport istehlakçılara vergi ödəyicisi haqqında zəruri informasiyaların təqdim olunması məqsədi daşıyır.

Pasport vergi orqanı tərəfindən ayda bir dəfə yenilənəcək.