Bu il Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya 16,2 milyarda kubmetr qazın nəqli nəzərdə tutulub.
Bunu onlayn mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
Xatırladaq ki, TANAP ilə 2022-ci ilin yanvarın sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetrə, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb.