Özbəkistan iqtisadiyyatı ilə bağlı nikbin proqnoz verilib

2019.04.11 13:47 (UTC+04:00)

Özbəkistanda ümumi daxili məhsulun artımının bu il üçün 5,1 faiz olacağını proqnozlaşdıran Dünya Bankı həmin rəqəmi yeniləyərək 5,3 faizə qaldırıb. Bankın təxmininə görə, bu rəqəm 2020-ci ildə 5,5 faiz, 2021-ci ildə isə 6 faiz səviyyəsinə çatacaq. Özbəkistan iqtisadiyyatına həsr edilmiş hesabata görə, Dünya Bankı ölkədə illik inflyasiya səviyyəsinin bu il 14,8 faiz olacağını proqnozlaşdırır. Bazar islahatlarının istehsaldakı çətinlikləri aradan qaldıracağının gözlənildiyi qeyd edilmiş hesabatda 2019-cu ildə islahatları dəstəkləmək üçün vergi yükünün azaldılması, qiymətləndirmə sistemində aparılacaq yeni islahatlar və qiymət artımları səbəbindən inflyasiya təzyiqinin 2019-2020-ci illərdə də davam edəcəyi, 2021-ci ildə isə tədricən azalacağı göstərilib.