Birjalarda neft qiymətləri

2022.02.23 11:38 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,09 dollar artaraq 96,93 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,28 dollar bahalaşaraq 92,35 dollar olub.