Fərdi sahibkarlar üçün Azərbaycanda ilk onlayn mühasibat proqramı Video

2019.04.10 17:57 (UTC+04:00)

Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən etibarən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlər istisna olmaqla, digər xidmətlərin göstərilməsini həyata keçirənlər - hüquqi və ya fiziki şəxslər (Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Vergi ödəyicisi olan hüquqi və ya fiziki şəxslərə xidmət göstərən fiziki şəxslər - fərdi sahibkarlar 1 yanvar 2019-cu il tarixdən etibarən fiziki şəxslərin gəlir vergisi ödəyicisidirlər.

1 yanvar 2019-cu il tarixdən fiziki şəxslər əvvəlki dövrdə təqdim etdikləri sadələşdirilmiş vergi bəyannaməsi əvəzinə, məcburi dövlət sosial sığorta haqqında rüblük hesabat, rüblük cari vergi ödəmələrinin hesablanması haqqında arayış (təqdim edilmədiyi təqdirdə, vergilər vergi orqanı tərəfindən hesablanacaq) və illik gəlir vergisi bəyənnaməsi təqdim etməlidirlər. Fiziki şəxs - fərdi sahibkarlar cari vergi ödəmələrinin hesablanması haqqında arayışı və illik gəlir vergisi bəyənnaməsini (gəlir, xərc və əlavə 1 - balans bölmələri) təqdim etmək üçün həyata keçirdikləri iş və xidmətlərin, xərclərin və bank əməliyyatlarının uçotunu aparmalıdırlar.

Azərbaycanda ilk dəfə olaraq xidmət sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar üçün onların həyatını asanlaşdıran, vaxtına qənaət edən, elektron uçotla təmin edən, yuxarıda qeyd olunan hallarda onlara yardımçı olaraq problemlərlə üzləşmələrinin qarşısını almaq məqsədilə cəmi 1 "click"-ə dövlət orqanlarına təqdim edilməli hesabatları tərtib edən "e-click" onlayn mühasibat proqramı mütəxəssislər tərəfindən hazırlanaraq təqdim edilib. Bu proqram fərdi sahibkarların işini asanlaşdırmaqla yanaşı, maliyyə sanksiyalarından uzaq olmağa texniki dəstək olacaq.