Azərbaycan Mərkəzi Bankı 2022-ci il üzrə hədəfləri açıqlayıb.
Bankdan bildirilib ki, 2022-ci il ərzində Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankının 2021-2023-cü illər üçün rəqəmsal ödəniş strategiyası”nın hədəflərinə uyğun olaraq, bir sıra istiqamətlər üzrə tədbirlər davam etdiriləcək: Ödəniş və informasiya sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi; Bank olmayan ödəniş xidməti təchizatçılarının nəzarət çərçivəsinin yaradılması; “Azərbaycan Respublikasının Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi; Ani Ödəniş Sisteminin əhatə dairəsinin genişləndirilməsi; Rəqəmsal ödənişlər üzrə təşviqat və təbliğat tədbirlərinin genişləndirilməsi.
Eyni zamanda, qeyd edilən strategiyanın və müasir dövrün tələblərinə uyğun olaraq, rəqəmsal bankçılıq üzrə indikator göstəricisinin 2022-ci il üçün 80 faizə, ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisinin isə 40 faizə çatdırılması hədəflənib.