Ötən il kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilib.
Mərkəzi Bankdan bildirilib ki, yanvarın 1-nə ölkədə quraşdırılmış bankomatların sayı 2970 ədəd olub və son 1 il ərzində bankomatların sayında 6,9 faiz artım müşahidə olunub. Hesabat tarixinə ölkədə 61 min 178 POS-terminal dövriyyədə olub və son 1 il ərzində müvafiq göstərici 6,7 faiz yüksəlib. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 28,5 faiz artaraq 43 min 920 ədəd təşkil edib. 2021-ci ilin sonuna banklar tərəfindən quraşdırılmış ödəniş terminallarının sayı 2020-ci ilin sonu ilə müqayisədə 4,3 faiz azalaraq 1845 ədəd təşkil edib.