“İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Forum keçiriləcək

2022.02.22 17:05 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 25 fevral 2022-ci il tarixdə “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda sahibkarların iştirakı ilə videoformatda Forum keçiriləcək. Sahibkarlıq subyektlərindən Forum zamanı müzakirə üçün vergi sahəsində qarşılaşdıqları məsələlər barədə, həmçinin vergi qanunvericiliyinə dair suallarını və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərmələri tövsiyə olunur.