Valyuta hərracında tələb 48,3 milyon ABŞ dolları təşkil edib

2022.02.22 14:44 (UTC+04:00)

Fevralın 22-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Bankdan bildirilib ki, hərracda tələb 48,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.