Dünyada baş verən hadisələr fonunda birjalarında neft qiymətləri bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,94 dollar artaraq 97,33 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,79 dollar bahalaşaraq 93,86 dollar olub.
Qeyd edək ki, “Brent” markalı neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 30-da 97 dollardan (97,02) baha satılıb.