Hazırda ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır və 2020-ci ildə bu göstərici təxminən 9,5 milyard ABŞ dolları olub.
Bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda, ittifaqa üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir.