Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39,6 milyon ton, yük dövriyyəsi isə 9 milyard 591,5 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 21 milyon 606,6 min tonu və ya 54,5 faizi avtomobil nəqliyyatı, 13 milyon 462,8 min tonu və ya 34 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 558 min tonu və ya 11,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 22,3 faizini və ya 8 milyon 826,3 min tonunu tranzit yüklər təşkil edib.