Mikayıl Cabbarov: Nağd puldan istifadənin azalması “kölgə” iqtisadiyyatının miqyasının azalmasını göstərir

2022.02.21 16:34 (UTC+04:00)

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2017-ci ildəki 60,1 faizdən 2021-ci ildə 45,8 faizə enib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, nağd puldan istifadənin azalması “kölgə” iqtisadiyyatının miqyasının azalmasını ifadə edən mühüm göstəricidir.