Rusiya bu günədək Azərbaycan iqtisadiyyatına 6,3 milyard ABŞ dolları investisiya qoyub

2022.02.21 14:11 (UTC+04:00)

Rusiya bu günədək ölkəmizin iqtisadiyyatına 6,3 milyard ABŞ dolları, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları investisiya qoyub.

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Udmurtiyanın ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə bildirib.

Nazir müavini qeyd edib ki, Rusiyanın ölkəmizə investisiya qoyuluşunun 5 milyard dolları neft, 1,3 milyard dolları isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycanın qonşu ölkəyə investisiya qoyuluşu isə demək olar ki, tamamilə qeyri-neft sektorunun payına düşüb.