Azərbaycan və Rusiya arasında ixrac və investisiya ilə bağlı bir sıra sənədlər imzalanıb

2022.02.21 12:18 (UTC+04:00)

Fevralın 21-də Bakıda keçirilən Rusiyanın Udmurtiya bölgəsinin ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə bir sıra sənədlər imzalanıb.

AZPROMO ilə Udmurtiya Respublikasının “İnkişaf Konsepsiyası” arasında, həmçinin Udmurtiyanın "Dostluq" Azərbaycan İctimai Mərkəzinin Regional İctimai Təşkilatı ilə Azərbaycan Rus icması arasında əməkdaşlığa dair sazişlər imzalanıb.