2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub.
Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
“Bunun 2,1 milyard dolları Rusiyadan idxalın, 0,921 milyard dolları isə bu ölkəyə ixracımızın payına düşür. Ötən il Rusiya ilə ticarət xarici ticarət dövriyyəmizdə 8,83 faiz paya malik olub. O cümlədən qonşu ölkənin idxalımızda payı 17,72 faiz, ixracımızda payı isə 4,15 faiz təşkil edib. 2020-ci illə müqayisədə Rusiya ilə ticarət 12,1 faiz, bu ölkəyə ixrac 29,8 faiz, bu ölkədən idxal isə 5,7 faiz artıb.