Yanvarda qeyri-neft sektoru üzrə ixrac 59 faiz artıb

2022.02.21 11:35 (UTC+04:00)

Yanvar ayında ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,1 faiz, qeyri-neft sektoru üzrə ixrac isə 59 faiz artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinin davam etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının təşviqinin uğurlu nəticəsidir.