Birjalarda neft qiymətləri

2022.02.19 11:52 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,57 dollar artaraq 93,54 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,69 dollar ucuzlaşaraq 91,07 dollar olub.