Yanvarda toxuculuq, geyim, ayaqqabı sahələrində 53 milyon manatlıq məhsul istehsal edilib

2022.02.18 18:09 (UTC+04:00)

Bu ilin yanvarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 53 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 2,1 dəfə artım, geyim istehsalında 6,4 faiz, toxuculuq sənayesində isə 13,9 faiz azalma müşahidə olunub.